Peyvənd olunanların sayı açıqlandı

16:46 - 20 May 2022 - Xəbər

Azərbaycanda son sutkada 3 067 nəfər vaksinasiya olunub.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı 587 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 910-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci doza peyvəndlərin ümumi sayı 5 345 251, ikinci doza vaksinlərin sayı 4 846 372 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 265 489, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 138 olub.

 


Xəbər xətti