Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni rəhbər heyəti məlum oldu

16:30 - 20 May 2022 - Cəmiyyət

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı baş tutub.

Ucnoqta.az xəbər verir ki, tədbir Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarətlə başlayıb, daha sonra Şəhidlər Xiyabanını ziyarətlə davam edib.
57 konfrans nümayəndəsinin və digər qonaqların iştirakı ilə başlayan konfransda Milli Məclisin deputatı Vüqar Bayramov, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibov və digər şəxslər tədbir iştirakçılarını təbrik edərək, konfransın işinə uğurlar arzulayıb, ölkədə qiymətləndirmə fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.

Daha sonra mövcud sədr və Nəzarət Təftiş Komissiyası (NTK) ötən müddətlə bağlı hesabat veriblər. Hesablat üzərində müzakirələrdən sonra konfrans nümayəndələri hesabatları məqbul hesab edərək Cəmiyyətin fəaliyyətini qənaətbəxş sayıblar.

Konfransın ikinci hissəsində təşkilatın yeni sədrinin, idarə heyətinin və NTK üzvlərinin seçilməsi prosesi baş tutub. Tam şəffaf şəraitdə, xüsusi hazırlanmış büllütenlər vasitəsilə gizli səsəvermə yolu ilə keçirilən seçki və sayım prosesinə Cəmiyyət üzvü olan şəxslərlə yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə nəzarət edilib.

Seçkilərin yekununda Vüqar Oruc təşkilatın yeni sədri, Nüsrət İbrahimov, Zamin Hüseynov, Vüqar Oruc, Pərviz Qulami, Elnur Əsədov, Ramil Osmanlı, Fərid Rüstəmov, Nahid Həsənov və Xaliq Qurbanov İdarə Heyətinin, Vasif Məmmədli, Tural Bağırov və Cabir Əzizov isə Nəzarət Təftiş Komissiyasının üzvü seçiliblər.


Xəbər xətti