Kürdəmirdə avtomobil aşdı - ər və arvad ağır xəsarət alıb

08:30 - 20 May 2022 - HADİSƏ

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, sürücü, 1956-cı il təvəllüdlü Həsənov Cəsarət Abbasqulu oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı C.Həsənov və həyat yoldaşı, 1959-cu il təvəllüdlü Cəfərova Nəzakət Ənvər qızı xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralılara sol bazu sümüklərinin sınıqları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti