“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

23:25 - 19 May 2022 - DÜNYA

Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar Mariupol zavodunda yaranmış vəziyyətdən danışıb.

Videonu xalq deputatı Aleksey Qonçarenko yayımlayıb.

“Mən və komandanlıq “Azovstal” zavodunun ərazisindəyik. Müəyyən əməliyyat gedir, onun təfərrüatlarını açıqlamayacağam”, - deyə o qeyd edib.

Palamar göstərdiyi dəstəyə görə dünyaya və Ukraynaya təşəkkürünü bildirib və “görüşərik” deyə əlavə edib.

Xatırladaq ki, Mariupoldakı “Azovstal” zavodundan dinc əhali təxliyə edildikdən sonra Rusiya qoşunları ukraynalı əsgərlərin müdafiə etdiyi zavodu ələ keçirmək cəhdlərini dayandırmayıb.

Xəbər xətti