Almaniyanın "Mercedes-Benz" şirkəti Avstraliya bazarında 17 mindən çox avtomobili geri çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin Avstraliya şöbəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, qərar əyləc sistemində mümkün nasazlıqlarla əlaqədar qəbul edilib. Şirkət rəhbərliyi avtomobil sahiblərini xidmət mərkəzlərinə müraciət etməyə çağırıb.
Geri çağırılma 2005-2013-cü illərdə istehsal olunmuş "ML-Class", "GL-Class" və "R-Class" modellərinə şamil olunur.
Tarix
19 May 2022 [14:50]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin