Rəcəb Tayyyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi

14:11 - 18 May 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Türkiyə lideri bildirib ki, Rize-Artvin Hava Limanı “1915-ci il Çanaqqala Körpüsü” kimi bu il həyata keçirilən nəhəng layihələrdən biridir.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu həyəcanı bizimlə bölüşdüyünə görə təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Rize-Artvin Hava Limanının açılışı mayın 14-də baş tutub. 

Xəbər xətti