Bakıda mağazadan 11 min manatdan çox pul oğurlanıb

11:19 - 18 May 2022 - HADİSƏ

Bakıda mağazadan 11 641 manat pul oğurlanıb.

Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki mağazaların birində qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Sultanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti