Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 167 178 nəfərə çatıb. 
                       
                                             
                                                        
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.