Azərbaycanlı aktrisaya lüks avtomobil hədiyyə etdilər - VİDEO

14:35 - 16 May 2022 - MAQAZİN

Azərbaycanlı aktrisaya anası doğum günü münasibəti ilə lüks avtomobil hədiyyə edib.

Aktrisa Arzum Kərimovanın 29 yaşı tamam olub.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Arzum ailə üzvlərini və yaxınlarını başına toplayaraq böyük ad günü məclisi təşkil edib. Aktrisanın yeni yaş günü maraqlı anlarla yadda qalıb.

Belə ki, mərasim zamanı sevgilisi ona evlilik təklifi edərək bahalı üzük bağışlayıb.
Məclisin sonunda isə anası ona sürpriz edib. O, aktrisa qızına qara rəngli “Mercedes-Benz” markalı avtomobil hədiyyə edib.

Doğum günü məclisindən olan görüntüləri təqdim edirik:


Xəbər xətti