V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bu gün başa çatır

12:27 - 14 May 2022 - Mədəniyyət

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bu gün başa çatır.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib.

Bu gün Cıdır düzü - Böyük səhnə təşkil olunacaq, Azərbaycan regionlarından folklor kollektivlərinin konserti keçiriləcək. Daha sonra “Qorqud” Folklor Ansamblı, xanəndə Rəvan Qaçayev, “Halay” talış folklor qrupu, “Nənələr” folklor qrupu, “Adıgün” axıska türklərinin folklor qrupu, aşıq Elman Talıstanlı, “Cahan” avar folklor qrupu, “Çeşmə” folklor ansamblı, “Hudulki” avar rəqs qrupu çıxış edəcəklər.

Saat 14:30-da kiçik səhnə təşkil olunacaq. Həmzə Namirə çıxış edəcək. 

Saat 16:30-da isə yenidən Cıdır düzü - Böyük səhnə təşkil olunacaq. Festivalın bağlanışında Azərbaycan Dövlət Rəqs Ansamblı, Ankara Türk Dünyası Musiqi və Xalq oyunları cəmiyyəti, Gürcüstanın “Melitassi” Folklor Rəqs Ansamblı çıxış edəcəklər.///oxu.az

 

Xəbər xətti