Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat etdi

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, texnika elmlər doktoru, professor Arif Quliyev vəfat edib.

O, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Quliyev 3 fevral 1934-cü ildə Aşqabad şəhərində anadan olub.

1957-ci ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib və Azərbaycana gəlib. Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1971-ci ildə - 37 yaşında texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci ildə professor elmi adı alıb.

2003-cü ildən Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun Aparat rəhbəri olub.///report

Tarix
14 May 2022 [10:33]
Müəllif
Üç nöqtə
2022-05-14 10:33:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin