Rusiyanın 10 hücumu dəf edilib, 5 tank, 3 PUA, ... vuruldu

Bu gün Donetsk və Luqansk istiqamətində rus işğalçılarının 10 hücumu dəf edilib.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki,  Donbasda vəziyyət mürəkkəbdir, lakin nəzarətdədir:

"Bütün müdafiə zonası boyunca düşmən döyüş təyyarələrindən, reaktiv yaylım atəş sistemlərindən, iriçaplı top artilleriyasından, tanklardan, müxtəlif sistemli minaatanlardan istifadə edir, mülki infrastruktur obyektlərinə, dinc yaşayış məntəqələrinə raket və bomba zərbələri endirir, inzibati binaları, xəstəxanaları, məktəblər və uşaq bağçalarını hədəfə alır".

Qeyd olunub ki, son sutka ərzində  rusların 5 tankı, 5 artilleriya sistemi, 6 ədəd döyüş zirehli texnikası, 7 maşını və "Orlan-10" tipli üç pilotsuz uçuş aparatı vurulub.

Tarix
14 May 2022 [00:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-14 00:01:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin