Belçikalı futbolçu “Eurovision”ın finalına yüksəldi - VİDEO

20:28 - 13 May 2022 - MAQAZİN

Ceremi Makiz təkcə futbol meydançasında deyil, səhnədə də yaxşı olduğunu göstərdi.

İtaliyada keçirilən “Eurovision” mahnı müsabiqəsinin finalında iştirak edəcək bütün iştirakçılar müəyyənləşib. 

Şanslılar arasında Belçika təmsilçisi Ceremi Makiz də var.

O, yarımfinalda tamaşaçıların çox bəyəndiyi “Miss You” adlı mahnını ifa edərək, yarışmanın həlledici mərhələsinə adlayıb.

Qeyd edək ki, Makiz təkcə musiqidə deyil, idmanda da ulduz olmağa çalışır. O, müğənnilik karyerası ilə yanaşı, futbolçu karyerasını da inkişaf etdirir. Meydanda qapıçı kimi çıxış edən futbolçu keçən il Belçikanın dördüncü divizion klubunda “Excelsior Virton” ilə müqavilə imzalayıb.///lent.az

Xəbər xətti