"Putinlə danışıqlara hazıram" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski vasitəçilər olmadan və dialoq şərtləri ilə Kremlin rəhbəri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı bunu İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

"Rusiya Federasiyası ilə danışıqlara gəlincə, məsələ hər gün daha da mürəkkəbləşir. Şəxsən mən belə hesab edirəm, çünki hər gün kiçik şəhərlər işğaldan azad olur və biz rus hərbçilərinin tərk etdiyi yerlərdə zorakılıq, işgəncə, edam izlərini görürük. Və. buna görə də danışıqların mümkünlüyü ilə bağlı məqam getdikcə çətinləşir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya Federasiyası ilə danışmaq istəyib. "İndi ictimaiyyət buna müsbət yanaşmır. Mən prezident kimi Putinlə danışmağa hazıram, ancaq onunla, vasitəçisiz və ultimatumlarla deyil, dialoq şərtləri əsasında danışmağa hazıram", - Zelenski vurğulayıb.

Tarix
13 May 2022 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-13 14:00:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin