BP-nin vitse-prezidenti Azərbaycanda səfərdədir

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir.

Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Məlumata görə, bu, Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir.

Q.Birrelin səfər proqramında BP-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində cənab Q.Birrel həmçinin bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.///oxu.az

Tarix
5 May 2022 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-05 16:55:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin