Ana səhifə
25 Sentyabr 2018

Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilir

Taxılçılıqda iri fermer təsərrüfatları yaradılır

2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 47 sahibkara 791 min manat güzəştli kredit verilb. Rayonda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb. 2022 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunub. Hal-hazırda 2022 ailəyə 271 min 348 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 499 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  29 manat 65 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 134 manat 20 qəpik  təşkil edib. 2014-cü il ərzində Ünvanlı Dövlət Sosial Yardımı almış ailələrin orta sayı 2322 ailə və bir ailəyə düşən yardımın məbləği 137 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artım deməkdir.

Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2014-cü ildə 26093 nəfər əmək pensiyaçısına xidmət göstərib. Həmin pensiyaçılardan 16487 nəfəri yaşa, 7961 nəfəri əlilliyə, 1645 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2015-cü il yanvarın 1-i tarixinə bu rəqəm 158 manat olub.

Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ildə 427 nəfər işaxtaran müraciət edib. Müddət ərzində 213 nəfər işə düzəlib. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 13 kvota yerinə 11 nəfər işə götürülüb. 27 may 2014-cü il tarixdə keçirilən “Əmək Yarmarkası” na 22 müəssisə və təşkilatdan 248 boş iş yeri çıxarılmışdır. Yarmarkada 50 nəfərə göndəriş verilib, onlardan 48 nəfəri  işlə təmin olunub..

Ötən illərdə olduğu kimi, 2014-cü ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda cənab Prezident dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə mineral gübrələr və kənd təsərrüfatı texnikaları verilir. Konfransda cənab Prezidentimiz subsidiyaların verilməsində şəffaflığın qorunub saxlanması, iri fermer təsərrüfatlarının yaradılması, əkin sahələrinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələlərinə toxunaraq deyib: “ Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. “Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilib, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilib. Lakin əvvəlki illərdən fərqli olaraq bu il taxılçılqda geriləmə müşahidə olunub, məhsuldarlıq demək olar ki, 2 dəfə aşağı düşüb. Havaların quraq keçməsi, yağmursuz və əlverişsiz iqlim şəraiti nəticəsində 15 min hektaradək taxıl sahəsi tamamilə məhv olub. Son statistik məlumatlara əsasən 2014-cü ildə 73 min 974 ton taxıl istehsal olunub, hər hektardan orta məhsuldarlıq 12 sentner təşkil edib. Uzun sürən quraqlıq nəticəsində taxılçılıqla məşğul olan fermerlərin əksəriyyyətinə ciddi ziyan dəyib, növbəti ilin taxıl səpini üçün bir sıra problemlər yaranıb. Rayonun taxıl istehsalçılarının problemləri nəzərə alınaraq icra hakimiyyyəti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilib. Həmin müraciətlər əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun taxıl istehsalçılarına 3500 ton yüksək reproduksiyalı toxum verilib, fermerlərə mineral gübrələr və kənd təsərrüfatı texnikası ilə təmin olunmalarına köməklik göstərilib. Nəticədə rayonda 2014-cü ilin payızında taxıl əkini sürətlənib , 2015-ci ilin məhsulu üçün 61231 hektar sahədə payızlıq taxıl əkilib. Verilmiş toxumların dəyəri cənab Prezidentimiz tərəfindən bağışlanıb. Göstərilən köməyə görə fermerlərimiz ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz deyib: “ Ərzaq təhlükəsizliyi ilə bağlı islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik “ .

Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından qorunması məqsədilə çay hövzələrində 790 min kub metr həcmində tənzimləmə işləri aparılıb , mövcud daş –beton bəndlərdə 510 kub metr həcmində təmir-bərpa işləri görülüb , 800 kub metr daş bənd , 150 kub metr qabion bəndi qurulub. 2014-cü ildə Şəkidə ağac əkini kompaniyası davam etdirilib, 56 min ədəd ting əkilib.

 2014-cü ildə Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilib, ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənib. Təsdiq edilmiş titul siyahısına əsasən 2014-cü ildə şəhərin 15 küçəsində abadlıq, 17 küçəsində isə əsaslı təmir işləri aparılıb, Lütfəli Abdullayev küçəsi ilə M.Ə. Rəsulzadə prospektinin kəsişməsində kiçik bağ salınıb, görkəmli gülüş ustası Lütfəli Abdullayevin büstü qoyulub. 2014-cü ildə Şin və Baş Şabalıd kənd tam orta məktəbləri üçün dövlət vəsaiti hesabına inşa edilib. 280 və 120 şagird yerlik yeni məktəb binaları və Şəki şəhər təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Hazırda rayonun Göybulaq, Baş Göynük , Qaratorpaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bu məktəblərin də cari tədris ilinin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində respublikanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir.Ümumi sahəsi 1645 kvadratmetr olan, üç mərtəbədən ibarət binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir , yeni uşaq bağçaları tikilir, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı “ Proqramının təqdimatı zamanı deyib: “ Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir“.  2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Şəkidə əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisinə başlanıb. Son iki ildə Şəkidə 9 uşaq bağçası tikilmiş və yaxud əsaslı təmir olunub. Həmçinin cari ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Gənclər evi“nin tikintisi işlərinə başlanıb, “Asan“ xidmət mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi məqsədilə aidiyyatı dövlət qurumları tərəfindən iş aparılır.

 2014-cü ildə qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evi istifadəyə verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi yaşayış evinin tikintisinə başlanıb, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik Reabilitasiya Mərkəzinin və 25 yerlik sığınacağın tikintisinin aparılması planlaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sifarişi ilə Kiş kəndi ərazisində “Marxal”  istirahət kompleksinin tikintisi davam etdirilir. Bu il Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının və Şəki Şəhər İcra Hakimiyyətinin yeni binasının tikintisinin başa çatdırılması və istifadəyə verilməsi gözlənilir. Həmçinin, “Monolit D Plaza” otelinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə inşa olunan “Məhkəmə Kompleksi”nin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.(ardı var)

Tarix
3 Aprel 2015 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin