Ana səhifə
20 Noyabr 2018

Kukla Teatrında yeni tamaşa...

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə əsərinə ictimai baxış olub. Məşhur Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.

Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Anar Hüseynlidir. Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir. Komik hadisələr fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar vəd edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

Qeyd edək ki, ağlın güc üzərində qələbəsinin komik hadisələr fonunda göstərildiyi tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

Tarix
2 Aprel 2015 [17:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin