Nazir məktəbli çantalarının ağır olmasından DANIŞDI

Təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində şagirdlərin məktəbli çantalarının ağır olması ilə bağlı məsələdən danışıb.

O, bildirib ki, bu ildən ibtidai siniflər üzrə dərsliklər yarımillərə bölünüb:
“Dərs yükünün azaldılması istiqamətində əlindən gələni edirik. Müşahidələrimiz göstərir ki, bəzən də lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var.

Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil.

Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Bu, bir addımdır. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəməyə kifayətdir.

Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur”.

Tarix
26 Aprel 2022 [21:00]
Müəllif
Üç nöqtə
2022-04-26 21:00:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin