Ana səhifə
16 Noyabr 2018

Daşkəsənlilərə xoş xəbər

Rayonda yeni avtovağzal kompleksi istifadəyə verilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər.

 

Ucnoqta.az” xəbər verir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi rolu var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir.

 

Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

 

Dövlətimizin başçısına məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.

 

Qeyd olundu ki, binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə nəqliyyat sisteminin inkişafı naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb.

 

Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir.

 

Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək.

Dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Tarix
17 Oktyabr 2014 [21:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin