Ana səhifə
26 Sentyabr 2018

Türkiyədə ilk elektron partiya qurulur

Ankara müstəqil millət vəkili Emrehan Halıcı elektron partiya quruculuğu yolunda ilk addım atıb. Halıcı bu yolda ilk addım olaraq sayt da açıb. (www.eparti.org)

Ucnoqta.azxəbər verir ki, Anadolu agentliyinə müsahibəsində nə vaxtdan belə bir elektron partiya qurmaq qərarına gəlməsindən və daha sonrakı prosesdən danışıb. O bu istəyini ilk dəfə 2002-ci ildə Türkiyənin keçmiş baş naziri mərhum Bülent Ecevitlə paylaşdığını bildirib.

Elektron partiya qurucusu daha sonra – 2011-ci ildə eyni düşüncələrlə CHP-yə üzv yazıldığını bildirsə də, istədiyi anlamda partiya hədəfinə çatmadığını deyib. O, beləcə, öz «eParti»sini qurmaq qərarına gəlib.

Halıcı «Nədən belə bir partiya yaratmağa ehtiyac duydunuz?» sualına cavabında deyib:

«Həmvətənlərim siyasi partiyaların fəaliyyətinə yetərincə təsir göstərə bilmirlər. Görürəm ki, sıravi üzvlərin partiya idarəçiliyinə və qərar mexanizmlərinə təsiri, az qala, yox dərəcəsindədir. Elektron Partiya yaratmaq təşəbbüsünün məqsədi təkcə səsverməyə və təbliğata qatılmaq deyil. İstəyirik ki, vətəndaşlarımız, o cümlədən partiya üzvləri bütün siyasi proseslərə daha çox təsir göstərsin və daha çox töhfə versinlər».

Təşəbbüsünün maraqla qarşılandığını vurğulayan Halıcı, qeyd edib ki,  elektron partiyanın proqram və nizamnaməsi tamamlandıqdan sonra rəsmi üzvlük üçün vətəndaşlara üz tutacaqlar.

 

Tarix
17 Oktyabr 2014 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin