Ana səhifə
20 Sentyabr 2018

Şura və Milli Məclis arasında Memorandum imzalandı - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Milli Məclis arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Mərasimdə çıxış edən Milli Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin sədri Əli Hüseynli deyib ki, spiker Oqtay Əsədovun təşəbbüsü ilə imzalanan bu Memorandum “İctimai iştirakçılıq haqqında” qanunun ruhuna uyğun olaraq parlamentin Şura və vətəndaş cəmiyyəti inistitutları ilə daha sıx münasibət qurmaq istəyinin ən bariz göstəricisidir. Millət vəkili Memorandumun Milli Məclislin QHT-lərlə münasibətlərini tənzimləyən  sənəd olacağını bildirib. Şura sədri, millət vəkili Azay Quliyev Memorandumun imzalanmasının vətəndaş cəmiyyətinin həyatında yeni mərhələnin başlanğıcı olduğunu bildirərək bununla QHT-lərin qanun yaradıcılığı prosesinə daha yaxından cəlb ediləcəyini və Milli Məclisin vətəndaşlarla əlaqələrini qurulmasında mühüm rol oynayacağını deyib. Azay Quliyev vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün prezident İlham Əliyevin səylərinin, sərəncamlarının öz səmərəsini  verdiyini və bu gün QHT-lərin dövlətin əsas partnyoru olduğunu qeyd edib. Şura sədri Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı sahəsində əldə etdiyi uğurların hələ 2011-ci ildə Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən beynəlxalq toplantıda modern nümunə kimi göstərildiyini və bunun dövlətimiz və QHT-lər üçün böyük uğur olduğunu bildirib. Hazırda bütün ictimai əhəmiyyət kəsb edən məsələlərdə QHT-lərin əsas tərəfdaşı olduğunu bildirən Şura sədri bunu dövlət siyasətinin təntənəsi adlandırıb. Millət vəkili Hadı Rəcəbli imzalanan memorandumun QHT sektorunun inkişafına mühüm töhfə verəcəyini deyib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Milli Məclislə Şura arasında imzalanan Memorandumun beynəlxalq təşkilatlara və sivil dünyaya Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı siyasi iradəsinin göstəricisi olduğunu  qeyd edib.

 

Sonra Şura adından A.Quliyev, Milli Məclis adından Ə.Hüseynli Memorandumu imzalayıblar.

 

 

Emin

Tarix
17 Oktyabr 2014 [18:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin