Ana səhifə
20 Sentyabr 2018

Şəki rayonunda ipəkçiliyin inkişafına diqqət artır

İpəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində bu sahənin inkişafına 50 milyon manatdan çox sərmayə qoyuluşu planlaşdırılıb.

 

2014-cü  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş verib. Keçən il ərzində ölkə iqtisadiyyatı uğurla inkişaf edib, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq iqtisadiyyatımızda 3 faiz, qeyri-neft sektorunda isə 7 faiz artım qeydə alınıb. 2014-cü ildə infilyasiya 1,4 faiz, əhalinin pul gəlirləri isə 4,8 faiz təşkil edib.  2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradılıb, xeyli yeni iş yerləri açılıb. Ötən ildə 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəbin tikilib istifadəyə verilib. Ölkə əhalisi isə 116 min nəfər artıb, “ASAN Xidmət” yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olub. 2014-cü ildə Azərbaycanın beynəlxalq əlaqələri də uğurlu olub. Azərbaycan regional məsələlərin həllində aparıcı qüvvəyə çevrilib. Uğurlar “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin nəticələrinin uğurlu olduğuündan xəbər verir. Dünyada siyasi böhran davam etməsinə, maliyyə və iqtisadi böhranın yeni mərhələsinin başlamasına baxmayaraq Azərbaycanda bütün işlər müsbət istiqamətdə gedib. Azərbaycan inamla irəliyə gedib, dayanıqlı inkişaf təmin edilib. Bunda Şəki rayonunuün da öz payı var. «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilində bu rayonda istehsalın əsas sahələrində  faktiki qiymətlərlə 274 milyon 227 min manatlıq məhsul buraxılıb. Adambaşına faktiki qiymətlərlə 1515 manatlıq məhsul istehsal olunub. 2014-cü ildə pərakəndə əmtəə dövriyyəsi 266 milyon 176  min manat olub ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 64 milyon 5 min manat  təşkil edib. Bu da 2013-cü illə müqayisədə  5 faiz çoxdur.  Rayonda dövlət proqramının icrasının birinci ilində 2090  yeni iş yeri açılıb. Bunun da 4,4 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 7,7 faizi mövcud müəssisə və təşkilatların, 87, 9 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2015-ci il tarixədək rayonda 14287 yeni iş yeri açılıb ki, bunun da 96,6 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 23,4 faizi mövcud müəssisə və təşkilatların, 58 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 253 manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı 6 faiz çoxdur. Hazırda rayonda 18 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 12-si kiçik müəssisədir. 2014-cü il ərzində rayonun sənaye sahəsində 21262 min manatlıq məhsul istehsal ediib və xidmətlər göstərilib. Onunhəcmi 2013- cü illə müqayisədə 885 min manat çoxdur.

2014-cü ildə Şəki rayonunda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 38 milyon 965 min manat olub. İstifadə edilmiş investisiyanın 84,6 faizi dövlət mülkiyyətinin, 15,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 28 milyon 780 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

  Qeyd edək ki, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulayıb ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Dövlət başçısı deyib: “Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün cox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir”. Göründüyü kimi ölkədə sahibkarlığın inkişaf etdirilməsi həmişə diqqət mərkəzində olub. 2014-cü ilin “ Sənaye ili “elan edilməsi də bu məqsədə xidmət edib. Nazirlər Kabinetinin «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinnin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən dövlət başçısı İlham Əliyev hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini xüsusi olaraq vurğulayıb və bu göstərişin icra edilməsini tələb edib. Şəki rayonunda inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri ipəkçılık sənayesidir. Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq, müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaqdır. 10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində bu sahənin inkişafına 50 milyon manatdan çox sərmayə qoyuluşu planlaşdırılıb. Nəticədə rayonda 2 min daimi, 8 min mövsümü iş yeri yaradılacaq. Layihənin həyata keçirilməsi nəticəsində nəinki Şəkidə, ümumilikdə respublikamızda ipəkçilik sənayesinin inkişafında yeni mərhələ başlayacaq. 2014-cü ildə Şəkidə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanıb. Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi iş yerləri açılacaq və rayonun infrastrukturu və tikinti sahəsinə milyonlarla sərmayə qoyuluşu cəlb olunacaqdır.

 2014 cü ildə Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda ilkin məhsul istehsalına başlanıb. Tikintisinə 2013-cü ilin martında başlanan bu müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 14 ton olan birinci xətt istismara verilib. İlkin mərhələdə zavodda iki çeşiddə - sosial, yəni zavod çörəyi və lavaş istehsal olunur. 2015-ci ilin əvvəlində quraşdırılacaq ikinci xəttin gündəlik istehsal gücü isə 16 ton olacaqdır. Yeni xətt istismara verildikdən sonra zavodda çovdar çörəyi və digər çeşiddə çörək məmulatlarının istehsalına da başlanılacaqdır.

  2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 47 sahibkara  791 min manat güzəştli kredit verilib.

Qeyd edək ki, Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilib. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb. Bu sahədə Şəki rayonunda da uğurlu işlər görülüb. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür. Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılıb. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılıb. Şəki rayonunda da məcburi köçkündər hər cür qayğı ilə əhatə olunub.

(ardı var)

 

Tarix
2 Aprel 2015 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin