Ana səhifə
12 Noyabr 2018

“Arzularının ardınca” gedən gənclər...

Gənc rejissor Ramil Ağasıyev melodram janrında hazırladığı “Arzularının ardınca” filminin çəkilişlərini yekunlaşdırıb. Bu barədə Uc noqta.az-a məlumat verən rejissor filmin mayda nümayiş olunacağını və Bakı və Sumqayıt Kinoteatrlarına nümayiş olunacağını qeyd etdi. R. Ağasıyev tam metrajlı film çəkməyi uzun müddətdir arzuladığı üçün filmin adını “Arzularının ardınca” qoyduğunu dilə gətirdi: “Tam metrajlı film çəkmək mənim arzum olub. Əmimin xərçəngdən ölümü mənə təsir etmişdi. Düşündüm ki, bu mövzuda film çəkim. Elə o an dostum, ssenarist Mehman Rəsulova zəng etdim. Bu mövzu ilə bağlı film çəkmək istədiyimi dedim və ondan filmin ssenaristliyini mövzuda ssenari yazmağını xahiş etdim. Mehman da atasını xərçəng xəstəliyi ucbatından itirib. Bu mövzu əslində onun da yaralı yeri idi. Beləliklə, biz filmi çəkməyə başladıq”.

Qeyd edək ki, baş rolları Zarina Qurbanova, Ziya Ağa canlandırdığı filmin operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır. Filmdə Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, blogger Aynur Hüseynova, Flora Hüseynova, bir sıra aktyorlar çəkiliblər.

Tarix
1 Aprel 2015 [23:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin