Ana səhifə
18 Sentyabr 2018

Əhalinin sosial müdafiəsi Qəbələ Məşğulluq mərkəzinin əsas iş pirinsipi olub

Qəbələdə müəsissə və təşkilatlarda işçilərə 20754 manatlıq sosial xarakterli ödəmələr verilib

 

Regionların sosial-iqtisadi inkişafında turizm sektorunun xüsusi payı var. Qəbələ rayonunda bu sahə sürətlə inkişaf edir. Yeni müəssisələr istifadəyə verilir, rayon sakinləri işlə təmin edilir. Rayonun potensialı buna imkan verir.“Aquapark” istirahət və əyləncə və “Golf Resort” idman və istirahət mərkəzləri də gələcəkdə rayona daha çox turistin cəlb olunmasına xidmət edəcək. Çoxsaylı otellər, “Beltmann” piano fabriki, Stend və Ox Atıcılığı Kompleksi, Atçılıq Mərkəzi, “Qəbələ” İdman Klubunun Uşaq Futbol Akademiyası, stadionlar kompleksi, Qəbələ Mədəniyyət Mərkəzi bölgənin mədəniyyət, turizm, idman infrastrukturunda mühüm yer tutur.

Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan-Turizm” MMC-nin təşkilatçılığı ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infoturların təşkili, yerli və xarici turizm şirkətlərinin nümayəndələrinin bu məkanla yaxından tanış olması bölgədə turizmin daha sürətlə inkişafına təkan verir.

Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2014-cü ildə isə turistlərin sayı 60 minə yaxınlaşıb. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə otel və restoran xidmətlərinin qiymətlərində endirimlərlə bağlıdır. Qiymətlərin aşağı düşməsinə səbəb isə rayonda turizm obyektlərinin çoxluğu və onların arasındakı rəqabətlə əlaqədardır.

Qəbələ təbii şəraitinin zənginliyi və qədim tarixi ilə ilin bütün fəsillərində dünyanın bütün guşələrindən turistləri özünə cəlb edir. Hazırda Azərbaycanın gözəl təbiəti məşhur olan Qəbələdə qış turizmi sürətlə inkişaf etdirilir. Görülən işlərin nəticəsidir ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizdə bir həftə davam edən bayram tətili günlərində Qəbələdə istirahət edən turistlərinin sayı xeyli artır. Həmin günlərində rayona qarın yağmasını fürsət bilərək Qəbələyə gələn yerli və xarici turistlərin ixtiyarına yeni əyləncə mərkəzi və attraksionlar verilir. Əsasən də hava şəraitinə uyğun gəzinti və ekskursiyalar, qayıqla balıq ovu və qış fəsli üçün ən maraqlı olan qarlı havada motorlu xizəklərdə gəzinti təşkil olunur.

Qəbələyə gələn yerli turistlərlə yanaşı, əcnəbilərin də sayı çox olur. Məlumata görə, bir həftə ərzində rayona 4-5 minədək turist gəlir.

Qəbələdə ləziz yeməklərin dadına baxan turistlər bu rayondakı turizm obyektlərində gözləmədikləri yeniliklərin şahidi olduqlarını bildirmişlər. Onların yekdil rəyləri belə olmuşdur: “Qəbələnin gözəl təbiəti, buradakı beşulduzlu otellər kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət bizdə xoş təəssüratlar yaratmışdır. Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada istirahət edirik, müxtəlif əyləncə mərkəzlərinin imkanlarından bəhrələnirik”.

Bir sözlə, bu gün qədim Qəbələ özünün ikinci gənclik dövrünü yaşayır və tədricən keçmiş şöhrətini özünə qaytarmaqdadır.

Rayondakı turist obyektləri, sənaye və kənd təsərrüfatı müəssisələri, ictimai iaşə və digər xidmət obyektləri sakinlərin sosial şəraitinin yaxşılaşmasına xidmət edir, əmək haqlarının artmasına səbəb olur. 2014-cü il ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 280 manat təşkil edib və 2013-ci ilin həmin dövrünə nisbətən 7.7 faiz artıb. Yüksək orta aylıq əmək haqqı rayon iqtisadiyyatının elektrik enerjisi və qaz istismarında, rabitə, maliyyə vasitəçiliyində, dövlət idarəetməsi və müdafiə, məcburi sosial təminatda, təhsil sahəsində çalışan işçilərə məxsus olub. 2014-cü il  ərzində müəsissə və təşkilatlarda işçilərə 20754 manatlıq sosial xarakterli ödəmələr verilib. Sosial xarakterli ödəmələr rabitə və elektrik sahəsində çalışan işçilərə verilib. Müəsissə və təşkilatlarda çalışan mülki hüquqi xarakterli müqavilələr üzrə işçilərin orta aylıq əmək haqqı 205 manat olub. İqtisadiyyatın bazar münasibətlərinə doğru inamla addımladığı bir vaxda, əhalinin sosial müdafiəsini həll etmək, işçiləri qanuni müdafiə etmək, işçizlik hüququ olmayan uşaqlı analara, qarabağ əlilərinə digər az təminatlı tədbirlərin imtiyazlarını ödəmək, işsiz əhalinin bir hissəsinin iş yerinə və ictimai işlərə cəlb olunması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərin həlli məşğulu haqqında qanunların təmin etmək  Qəbələ Məşğulluq mərkəzinin əsas iş pirinsipi olub. Qəbələ  rayon Əmək və Məşğulluq mərkəzinə 01 yanvar 2015-ci il tarixə 620 nəfər işsiz vətandaş qeydiyyata alınıb. Qeydiyyata alınanlardan 190 nəfəri qadınlardır. Mərkəz tərəfindən işsiz kimi müraciət edən vətəndaşların öz arzusuna əsasən 325 nəfəri müxtəlif peşələr üzrə işə düzəldilib. Onlardan 115 nəfəri qadındır. 2015-ci il 01 yanvar vəziyyətinə Qəbələ rayonunda məşğul əhalinin sayı 51725 nəfər təşkil edib. Məşğul əhalinin 9319 nəfəri muzdla işləyənlərdir. Muzdla işləyənlərin 6330 nəfəri yaxud 68 faizi dövlət mülkiyyətində 2979 nəfəri və ya 32 faizi isə qeyri dövlət mülkiyyətində fəaliyyət göstərir. Məşğul əhalinin 81 faizi və ya  41305 nəfəri muzdsuz işləyənlərdir. Muzdsuz işləyənlərin 34696 nəfəri və yaxud 84,0 faizi kəndli təsərrüfatlarda, 4,6 faizi yaxud  1901 nəfəri fiziki şəxslər, yerdə qalan 4708 nəfəri və ya 11,4 faizi isə digər sahələrdə çalışanlardır.

Qeyd edək ki, 2003-cü ilin oktyabr ayının 1-dən 2015-ci il yanvar ayının 1-nə dək rayonda 12696 yeni iş yeri açılıb ki, onun da  10648-i daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 1857-nı yeni açılmış müəssisə və təşkilatlarda 453-ü mövcud müəssisə və təşkilatlarda 579-u isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub. 7759 iş yeri isə fərdi sahibkarlığın nəticəsində yaradılıb. Bundan başqa müvəqqəti və mövsümü işləri yerinə yetirmək üçün 2048 yeni iş yeri açılıb.

Rayonda təhsil sistemi daim diqqət mərkəzində saxlanılır. Çünki turizm sektoru da daxil olmaqla istər sosial, istərsə də iqtisadiyyatın sahələri peşəkar mütəxəssislərə ehtiyac duyur. Təhsil müəssisələri 2013-2014-cü dərs ilini də yüksək nəticələrlə başa vurub. On birinci sinfi bitirən 1381 şagirddən 810 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 534 nəfəri ali məktəbə qəbul edilib. Bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur. Ali məktəbə qəbul olunanların 131 nəfəri 500-dən yuxarı, 27 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilib. Şəhər 5 saylı tam orta, Zirik və Yengicə kənd ümumi orta məktəblərinin tikintisi başa çatdırılıb. Böyük Pirəli kənd tam orta məktəbi əsaslı təmir olunub. Təhsil sisteminin informasiyalaşdırılması sahəsindəki işlər 2014-cü il ərzində də davam etdirilib, məktəblərdə kompüterlərin sayı 570-ə çatdırılıb. Bununla da, hər 20 şagirdə bir kompüter düşməsi haqqında Dövlət Proqramı Qəbələ məktəblərində artıq həyata keçirilib. 17 məktəb internet şəbəkəsinə qoşulub, 5 tam orta məktəbin, o cümlədən təhsil şöbəsinin xüsusi saytı açılıb. Ulu öndərin irsinin öyrənilməsi ilə  əlaqədar Heydər Əliyev Mərkəzində təşkil olunan tədris kursları  yüksək fəallıq və işgüzar diskussiya şəraitində keçirilib.  2014-2015-ci tədris ilində də bu dərslər fəallıq və həvəslə davam etdirilir.

Tarix
1 Aprel 2015 [12:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin