Ana səhifə
18 Noyabr 2018

Elmi nailiyyətlər yeni silahların yaradılmasına doğru yönəldilir

Akif Əlizadə:Kütləvi qırğın silahlarından imtina yerinə, hələ də onlara sahib olmaq uğrunda mübarizə aparılır”

 

 

“XXI əsrdə yaşamağımıza baxmayaraq, yer kürəsində hələ də münaqişələr, müharibələr səngimək bilmir, torpaqlar zəbt edilir, insanlar, dil, din, mədəni və ictimai mənsubiyyətlərini əsasında torpaqlarından sürgün edilir, öldürülür”. Bu fikirləri bildirən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sözlərinə görə, elmi nailiyyətlər yeni silahların yaradılmasına doğru yönəldilir, kütləvi qırğın silahlarından imtina yerinə, hələ də onlara sahib olmaq uğrunda mübarizə aparılır: “XXI əsrdə biz hətta kimyəvi silahların dinc əhaliyə qarşı istifadəsinin şahidi oluruq. Təbabət elminin əldə etdiyi böyük uğurlara baxmayaraq, bu gün də bir çox regionlarda insanlar müxtəlif xəstəliklərə, epidemiyalara, “quş qripi”nə, “Ebola” virusuna, vəba xəstəliyinə qarşı mübarizə aparırlar. Bir sözlə, bəşəriyyətin çoxmədəniyyətli bir cəmiyyətdə dinc, mehriban, qardaş kimi yaşamağa, əldə olunan elmi nailiyyətləri və yüksək texnologiyaları yalnız sivil inkişaf uğrunda istifadə etmək imkanına malik olmasına böyük ehtiyac var”.

 

Əfsun

 

 

Tarix
3 Oktyabr 2014 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin