Ana səhifə
14 Noyabr 2018

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrda yeni uşaq tamaşasının məşqlərinə start verilib. Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşviqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Dəcəl çəpişlər” adlanır. Tamaşanın müəllifləri O. Zülfüqarov və R. Heydər, quruluşçu-rejissoru Əhəd Hacıyevdir. “Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyyəti əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir”-deyə Əhəd Hacıyev tamaşayla bağlı danışarkən bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

Tarix
1 Aprel 2015 [11:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin