Ana səhifə
23 Sentyabr 2018

Səhiyyə naziri vətəndaşları qəbul edib

Ucnoqta.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşları qəbul edib.  apa-nın xəbərinə görə, Salyan Mərkəzi Rayon Xəstəxanasında  keçirilən qəbulda Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinləri və Cəbrayıl rayonundan olan məcburi köçkünlər iştirak edib. Müraciətlər daha çox yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin müalicəsinə köməklik göstərilməsi, işlə təminatla bağlı olub. Ucqar yaşayış məntəqələrində səhiyyə müəssisələrinin müasirləşdirilməsi, yerlərdə ixtisaslı həkim çatışmazlığı və digər problemlər də qaldırılan məsələlər sırasında olub.   

 

Qeyd edilən məsələlərin bir qismi yerində həll olunub, bəzi təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar  verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılmaq üçün qeydə alınıb və  nəzarətə götürülüb.

 

Tarix
17 Oktyabr 2014 [18:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin