"Real" "Çelsi"yə qalib gəlib, "Bavariya" uduzdu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Son oyun günündə də 2 qarşılaşma keçirilib. Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə ən titullu qalibi İspaniya "Real Madrid"i arasında baş tutub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub. Gecənin digər matçında Almaniya "Bavariya"sı İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olub. Əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdıran La Liqa təmsilçisi növbəti sensasiyaya imza atıb. "Sarı sualtı qayıqlar" Arno Qrüneveldin vurduğu qolla Münhen klubuna qalib gəlib. Bu, Bundesliqa təmsilçisinin cari mövsüm Çempionlar Liqasında ilk məğlubiyyəti olub. Komanda həmçinin, bu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib. Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.

Tarix
7 Aprel 2022 [01:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-04-07 01:08:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin