Ana səhifə
20 Noyabr 2018

Maşınla motoroller toqquşdu- Qaxda+FOTOLAR

Qax rayonunda minik avtomobili ilə motorollerin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. 
 

 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə  Qax-Zaqatala yolunun  Alatəmir kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala istiqamətində hərəkətdə olan Balakən şəhər sakini, 29 yaşlı Rasim Hüseynovun idarə etdiyi “Toyota- Prado” markalı, 08 BF 174 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən Qax rayonunun Qaxingiloy kənd sakini, 28 yaşlı Maxari Tartaraşvilinin idarə etdiyi Motorollerlə toqquşub. Nəticədə “Toyota-Prado” yolun sağ tərəfindəki kolluq hissəyə aşıb. 

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin xəsarət almasa da, motorollerin sürücüsü aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Maxari Tartaraşvilinin ayağında cərrahiyyə əməliyyatı aparıldığı bildirilib. Onun müalicəsinin Bakıdakı və ya qonşu Gürcüstandakı xəstəxanalardan birində davam etdirilməsi məsləhət görülüb.

Məlumata görə, hadisəyə motorollerin anidən avtomobilin qarşısına çıxması səbəb olub. Motorollerin sürücüsünün içkili olduğu bildirilir. Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

 

Tarix
17 Oktyabr 2014 [18:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin