Ana səhifə
18 Dekabr 2018

Diqqət: ərzaq bazarında təhlükəli yağlar satılır

Hər gün izlədiyimiz reklamlarda “ailənizin dostu, sağlamlığınızın keşikçisiyik” adı altında müxtəlif yağların təbliğinin şahidi oluruq. Amma adı üstündə reklam...

 

Elə ki mətbəxə keçdik, yemək bişirməyə başladıq, əlimiz ürəyimizin üstündə qalır ki, görəsən bu yağdan istifadə edə bilərik, ya yox...

Ona görə də evdar xanımlar qalır iki yolayrıcında: görəsən, yerli istehsal olan yağlar keyfiyyətlidir, yoxsa xaricdən gətirilənə üstünlük verək. Ölkədə istehsal olunan yağların yüksək keyfiyyətli olduğu reklam çarxlarında bildirilsə də mətbəx təcrübəmiz bunun çox inandırıcı olmadığını göstərir. Xaricdən gətirilən yağların tərkibində etiketdə göstərilməyən müxtəlif qatqıların olması haqqında eşitdiklərimiz bizim seçimimizi lap çətinləşdirir.

Ölkədə istifadə olunan yağlarla bağlı müxtəlif problemlərin olmasını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsynov da təsdiq edir.

Ucnoqta.az xəbər verir ki, azvision.az-a açıqlamasında ekspert deyib ki, bitki yağlarında problemlərdən biri odur ki, onların tərkibi üstünə yazıldığı kimi olmur: “İstehlakçılara birmənalı şəkildə deyirəm ki, yerli bitki yağlarına üstünlük versinlər, nəyin ki, xaricdən gətirilən yağlardan istifadə etsinlər. Ona görə ki, yerli yağlarda kimyəvi maddələrdən və qatqılardan az istifadə olunur. Duru yağların əksəriyyəti bitki yağlarıdır. Onların kərə yağına imitasiya olunması da müəyyən texnologiyaların nəticəsindədir. Və konkret olaraq yerli duru yağlardan zəhərlənmə barədə hansısa şikayət daxil olmayıb. Lakin xaricdə istehsal olunan yağların tərkibi çox müəmmalıdır, tərkibində olan qatqıların qeyd olunmaması bizi çox narahat edir. Düşünürəm ki, əhali yerli yağlara üstünlük verməlidir”.

E.Hüseynov satışda olan kərə yağlarında da anaoloji problemin olduğunu gizlətməyib: “Kərə yağı əslində bədən temperaturunda əriməlidir. Tərkibində qatqılar olmalı deyil. Rəngidə ki, tünd sarı yox, təzə sümük rəngində olmalıdır. Bitki yağı və ya kərə yağını eyni temperaturda satılan kərə yağlarının isə ərimə temperaturu dediyimiz rəqəmdən yüksək olur.

Digər problem həmçinin, ərinmiş kərə yağı adı altında satılan yağlarda da olur. Çünki o yağların tərkibində kərə yağından əsər-əlamət olmur. Sadəcə olaraq kərə yağı ətrinin gəlməsi üçün müxtəlif qatqılar əlavə olunur. Və yaxud da kərə yağı kimi göstərmək üçün yağlara sarı boya da vurulur”.

E. Hüseynov həmçinin onu da qeyd edib ki, yerli biznesmenlər kərə yağını alıb, onu kiçik hissələrə böləndə tərkibinə marqarinlər, piylər qarışdırması da istisna deyil: “Ona görə də əhali yağ alanda bütöv yağ alsın. Kərə yağı əridilən zaman özünün pis xassələrini biruzə verir. Əridilən zaman mütləq onun tərkibindən torta çıxamlıdır. Torta turş. ayran dadı verən bir komponentdir. Əhali bununla kərə yağının saf olub-olmamasını ayırd edə bilər. Müasir texnologiya elə inkişaf edib ki, istənilən bir yağı başqa bir yağa imitasiya etmək mümkündür. Yəni dadını, qoxusunu vermək olur. Buna görə də insanların yağların üstündəki etiketi oxuması vacibdir.

Bizim ofisimizə keçmiş Gəncə Yağ-Piy Kombinantından, Şirvan Pambıq Zavodunun məhsullarının, yəni pambıq yağlarının adı çəkilən rayonlarda geniş istifadə olunması barədə nümunələrini gətiriblər. Pambıq yağları əsasən peraşki, çörək bişirmə yerlərinə yayılır. Bunlar otuz ilə yaxın qalmış çox təhlükəli yağlardır. Əhali belə yağlardan da ehtiyatlı olsun. Xlor satanlar kimi əllərində belə yağları satırlar. Etiketsiz pambıq yağlarıdır. Biz müəyyən işlər aparırıq ki, onun qarşısını alaq”.

Ekspert istehlakçıların əsas şikayətinin zeytun yağılarından olmasını da vurğulayıb: “Zeytuun yağları istehlakçının rəğbətini qazanır, daha sonra onun saxta variantları gəlir. Əhali həmçinin söyləyir ki, qarğıdalının tərkibində yağ ola bilməz , quru maddədir. Qarğıdalıdan yağ alınır, xüsusi növ qarğıdalı ya var ki, ondan yağ hasil oluna bilər. Ancaq onlar bilməlidirlər ki, xaricdən gətirilən qarğıdalı yağları təmiz deyil, başqa yağların qarışığı olur.

İnsanların təmizlənməmiş günə baxan yağına tələbatı var ki, bazarlarda onu tapa bilmədiklərini deyirlər. Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi bizimlə iki il iş aparıb. Biz “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi” nişanını təsisi etmişik. Dövlət qeydiyyatı ilə bu nişan alınıb. Yağ istehsalı müəssisələrinə həmin nişanı şamil etmək üçün iş aparırıq. Hansı müəssisə Azərbaycanda təhlükəsiz yağ istehsal edərsə, onlara həmin nişanı verib təbliğatını aparacağıq”.

 

Tarix
17 Oktyabr 2014 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin