Ana səhifə
18 Yanvar 2018

Səbail rayonunda Qurban Bayramı qeyd olunub - FOTOLAR

Səbail rayonunda Qurban bayramı münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Səbail RİH-dən verilən məlumata görə, rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən bayram münasibəti ilə qurbanların kəsilməsi təşkil olunub.
20-ci sahədəki «Elay» restoranında baş tutan tədbirdə Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri, eləcə də ictimai birlik və cəmiyyətlərin iştirak edib. Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev Qurban Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Y. Allahverdiyev Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və s. ehtiyacı olan ailələrə - ümumilikdə 5 mindən çox ailəyə qurban payları təqdim ediləcəyini bildirib.

 

Emin

Tarix
3 Oktyabr 2014 [14:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ