Ana səhifə
25 Sentyabr 2018

Bakı yeni festivala hazırlaşır

Bakıda 20-24 aprel tarixlərində VI Müasir Musiqi Festivalı keçiriləcək.

 

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festival 4 gün davam edəcək. Festivalın birinci günü Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri və Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək. Açılış mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək.

 

Festivalın ikinci günü isə Muzey Mərkəzində Marianna Vısotskayanın təqdimatında Mühazirə və Operaya Baxış, Kamera və Orqan Musiqisi Zalında Laut Kafig ətrafında proqram təşkil olunacaq.

 

Üçüncü gün Muzey Mərkəzində Tstiana Çareqradskaianın təqdimatında mühazirə, Beynəlxalq Muğam Mərkəzində "Stories of  Love" adlı Multimedial Layihənin təqdimatı, Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans və Gənc Tamaşaçılar Teatrında Multimedial Opera proqramı keçiriləcək.

 

Qeyd edək ki, festivalın bağlanma mərasimi aprelin 24-ü Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.(Axar.az)

Tarix
30 Mart 2015 [18:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin