Ana səhifə
14 Noyabr 2018

ABŞ-dan Azərbaycanın daxili işinə müdaxilə

«Leyla Yunusla Arif Yunusu dərhal azadlığa buraxılsın»

 

Fərəc Quliyev: “Biz başqa dövlətlərin daxili işinə hörmətlə yanaşır və tələb edirik ki, onlar da əməkdaşlıq etdikləri dövlətlərin hüquqna hörmətlə yanaşsınlar”

 

Məlum olduğu kimi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti hüquq müdafiəçiləri Leyla və Arif Yunusların azad edilməsi ilə bağlı bəyanat yayıb. Bu, ictimai qınağa səbəb olub. ABŞ Dövlət Departamenti bu bəynatında humanitar əsaslara söykənərək Azərbaycan hökumətinə təkid edib ki, Leyla Yunusla Arif Yunusu dərhal azadlığa buraxsın. Eyni zamanda onlara müstəqil tibbi müayinə və qayğı üçün şərait yaradılması, təhlükəsizliklərinin təmin edilməsi tələbi də irəli sürülüb. Qeyd edək ki, Azərbayacan XİN-i məsələ ilə bağlı nota verib. Orada bildirilir ki, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub. Bu bəyanat ABŞ-ın Azərbaycanın daxili işlərinə əsassız müdaxiləsi kimi qeyd olunub.

Millət vəkili Fərəc Quliyev ABŞ Dövlət Departamenti tərəfindən irəli sürülən bu bəyanatı yersiz hesab etdi. Onun sözlərinə görə, Azərbaycanın qanunları var və bu qanunlara əsasən ölkə öz daxilində baş verən hər bir hüquq pozuntusuna qanunla cavab verir. “Ona görə də, əgər hər hansı bir şəxs şübhəli bilinərək saxlanılırsa və məsələ ilə bağlı araşdırılma aparılırsa ona kənardan edilən bu cür müdaxilələr yolverilməzdir. Bu gün Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir və özünün təhlükəsizliyi yönündə lazım bildiyi addımları ata bilər. Beynəlxalq təşkilatların hansısa bir ölkədən onun şübhəli bildiyi məsələlərlə bağlı araşdırmaları dayandırmağı tələb etməyə haqqı yoxdur. Hüquq mühafizə orqanları bu məsələlərlə bağlı tədbir görürlərsə, istənilən icra orqanları bu istiqamətdə addımlar atırlarsa, buna qarşı xarici ölkələr tərəfindən bir təpki göndərmək ölkənin daxili işinə qarışmaqdır. Amerikanın özündə də hüquq pozuntuları baş verir. Amma bunun aradan qaldırılması üçün qanun və məhkəmələr də var. İstənilən hadisə ilə bağlı ölkənin müvafiq orqanları buna müvafiq tədbirlər görürsə, başqa bir ölkə onun daxilində baş verən məsələlərə qarışmır. Biz bütün dövlətlərlə bərabər hüquqlu dövlət kimi münasuvət qurmağı üstün hesab edirik. Amma bu o demək deyil ki, kimsə bizizm daxili işimizə qarışa bilər. Biz ABŞ-la tərəfdar dövlət kimi əməkdaşlıq etməyi arzu edirik və düşünürük ki, belə yanaşmalar yalnız müəyyən maraqlı tərəflərin düşüncəsinin məhsuludur. Biz dövlət səviyyəsində başqa dövlətlərin daxili işinə hörmətlə yanaşır və tələb edirik ki, onlar da əməkdaşlıq etdikləri dövlətlərin hüquqna  hörmətlə yanaşsınlar”.

Millət vəkili hesab edir ki, burada Azərbaycana qarşı təsir elementləri duyulsa da bunun birbaşa ABŞ dövlətinin istəyi ilə baş verdiyini də söyləmək olmaz. Onun sözlərinə görə, bu cür tələblər ordakı müəyyən fərdlərin, qrupların istəyindən doğur. Millət vəkili regionun geopolitik mənzərəsinə nəzər salaraq, bu gün ABŞ-ın Cənubi Qafqazda Azərbaycana çox böyük ehtiyacının olduğunu qeyd etdiyini önə çəkdi. Bildirdi ki, ABŞ Azərbaycanla strateji tərəfaşlıqda maraqlıdır.  Millət vəkili hesab edir ki,  əgər ABŞ Dövlət Departamentində belə bir yanlışlıq yaranıbsa bu ardan qaldırılmalıdır. O, eyni zamanda dedi ki, bunun kökündə nəyin dayanmasından asılı olmayaraq bu, Azərbaycan-Amerika münsibətlərinə öz mənfi təsirini göstərməməlidir. Əgər bu baş verəcəksə, bunun məsuliyyəti də ABŞ-ın özünün üzərinə düşəcək.

F.Quliyev belə vəziyyətlərin ortaya çıxmaması üçün xarici nümayəndəliklərin Azərbaycandan düzgün informasiyalar almaq üçün dialoqa dəvət etdiklərini dedi. “Biz onlara bildiririk ki, Azrbaycanla bağlı müəyyən informasiyalar alarkən mütləq qərəzli mövqedə dayanan qaynaqlara istinad etməyin.  Məlumatları rəsmi orqanlardan götürmək istəmirsinizsə, müəyyən təşkilatlar var ki, onlara münaciət edin ki, ortaq bir qərarınız olsun. Yoxsa hər hansı xarici ölkənin maliyyəsi ilə işləyən qərəzli məlumatıar yayan QHT-lərdən məlumatlar alırsınıza, bu yanlışdır. Bütün hallarda, hansı qaynaqlardan məlumatların götürülməsinə baxmayaraq, Azərbaycanda saxlanılmış və vəziyyətin araşdırılması üçün nəzarətə götürülən işin başa çatdırılması üçün kimsə bizə kənardan sifariş verə biməz”.

 

 

T.Qafarlı 

Tarix
17 Oktyabr 2014 [17:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin