Ana səhifə
16 Dekabr 2018

TRT Çingiz Mustafayev adına mükafat təsis etdi

Türkiyənin dövlət kanalı TRT Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına mükafat təsis edib.

 

Ucnoqta.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan açıqlama verib.

 

Mükafat ilk dəfə “TRT Avaz” telekanalının 31 Mart - Azərbaycanlıların soyqırımı ilə əlaqədar Ankarada təşkil ediləcək özəl toplantıda təqdim ediləcək.

 

Arslan bəy bildirib ki, tədbirə Azərbaycandan Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq.

 

Yıldıray Arslanın sözlərinə görə, tədbir bir neçə hissədən ibarət olacaq: “Karabağın sessiz çığlığı” adlı sənədli film nümayiş olunacaq. Həmçinin, "Xəbər Kameramanları Dərnəyi"nin mükafatlandırma mərasimi olacaq və orada bizə Çingiz Mustafayev adına mükafat veriləcək".

Tarix
30 Mart 2015 [18:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin