Ana səhifə
14 Noyabr 2018

İran ordusu: “Pakistan torpaqlarına girəcəyik”

İran ordusunun generalının  müavini Hüseyn Selami Pakistanın son günlərdə Müxaliflər tərəfindən təhdid edilməsinə fikir bildirib. Onun verdiyi açıqlama isə hər kəsdə şok təsiri bağışlayıb. Hüseyn Selami qeyd edib ki, “Əgər Pakistan öz ölkəsinə qarşı olan real təhdidlərə qarşı təhlükəsizlik tədbirləri görməzsə və sərhədlərini qoruya bilməzsə, İran ordusu Pakistan torpaqlarına girəcək.” . Bu bölgə ilə bağlı gizli kəşfiyyat məlumatlarına sahib olduqlarını bildirən Huseyn Selami, “Müxalifləri harada olursa olsun, hətta başqa ölkənin ərazisində olsa belə onları tapıb, lazım olanı edəcəyik” deyə söyləyib.

 

Qeyd edək ki, keçən həftə Sistan və Belucistan əyalətinin Serevan bölgəsində kimliyi məlum olmayan şəxslərin Təhlükəsizlik güclərinə hücumu zamanı 4 nəfər həlak olub. Bundan başqa hadisəni araşdırmaq üçün əraziyə göndərilən şəxsləri daşıyan təyyarənin qəzaya düşməsi nəticəsində daha 7 nəfər həlak olub.

 

 

Samir Mehralıyev

Tarix
17 Oktyabr 2014 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin