Ana səhifə
23 Sentyabr 2018

Mixalkov Azərbaycana gəlir

Tanınmış kinorejissor Bakıda gənc kinematoqrafçılara dərs keçəcək

 

Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes" "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək. Mixalkovla ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılacaq, paytaxtımızla tanış olacaq. Səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.

 

Fidan

Tarix
30 Mart 2015 [22:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin