Ana səhifə
14 Noyabr 2018

ABŞ-dan Türkiyəyə qarşı gözlənilməz xəyanət

Barak Obama dövləti Türkiyə ilə son zamanlar yaranan kritik vəziyyətə baxmayaraq, çox ehtiyyatsız bir addım atıb. Belə ki, qalmaqallı “erməni xalçası”nın Ağ evdə sərgiyə çıxarılmasına icazə verilib. Bu xalça isə 1915-ci il qondarma “erməni soyqırımını” simvolizə etdiyi üçün türklərin etirazına səbəb olub. Erməni lobbisinin tələbləri qarşısında atılan bu addımı daha da ağırlaşdıran hal isə bu barədə açıqlamanı Prezident Obamanın Beynəlxalq Təhlükəsizlik üzrə məsləhətçisi Susan Rice-ın  mətbuat katibinin verməsi olub. Mətbuat katibi verdiyi açıqlamaya görə  “Gazir xalçasının” 18-23 oktyabr tarixlərində Ağ evin ziyarətçilərə açıq hissəsində sərgilənəcək.
Qeyd edək ki, bu xalçanın Ağ evdə sərgiyə qoyulması keçən il də tələb edilmişdir. Lakin bu dəfə AĞ ev erməni lobbisinə müsbət cavab verib. Qeyd edək ki, xalça “erməni yetimlərinin xalçası” adlandırılıb. Ermənilər bu xalçanın 1915-ci ildə “yurdlarından didərgin düşən” erməni yetimlər tərəfindən çəkildiyini iddia edirlər. 2015-ci ildə qondarma soyqırımın dünyaya çatdırılması üçün əl-ayağa düşən ermənilər bu xalçani dünyanın bir çox ölkələrində sərgiyə çıxarmağa hazırlaşırlar.
 

 


Samir Mehralıyev

Tarix
17 Oktyabr 2014 [17:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin