Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlanıb

12:16 - 15 Mart 2022 - Leykoz

Azərbaycanda sümük iliyi köçürülməsi ilə bağlı 117 nəfər növbə gözləyir.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük illiyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin pasiyentlər donoru olan şəxslərdir: "İl ərzində təxminən 30 xəstə əməliyyat edilə bilər".
N.Əliyeva əlavə edib ki, ölkə üzrə 3500 talassemiya xəstəsi qeydiyyatdadır:

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Həmin pasiyentlərdə sümük iliyi tam tutub. Mərkəzimizdə müalicə alan pasiyentlərin yaş həddi 3-19 yaş arasında dəyişir. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub".

Nərgiz Əliyeva vurğulayıb ki, köçürülmüş kök hüceyrələr təxminən 3 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə başlanğıc verir: Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır.

Xəbər xətti