Azərbaycanda 32 nəfərə sümük iliyi köçürülüb

16:44 - 14 Mart 2022 - Leykoz

Azərbaycanda 32 nəfərə sümük iliyi köçürülüb.

Ucnoqta.az xəbər verir ki, əməliyyatlar “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ödənişsiz həyata keçirilib.

Cərrahi əməliyyatlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.

Qeyd edək ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq ödənişsiz həyata keçirilir.

Xəbər xətti