Ana səhifə
23 Sentyabr 2018

Sənubər İsgəndərli “Şən dullar”da...

Yaxın günlərdə Azərbaycan teleməkanında yeni serial tamaşaçıların ixtiyarına veriləcək. “Şən dullar” adlı bədii serialda Azərbaycanın tanınmış aktyorları çəkilib. Komediya janrında olan serialın ideya müəllifi Raid Abbasov, ssenari müəllifi Yeganə Kərimzadə, baş prodüseri Ruslan İsmayılov və  quruluşçu operatoru Hüseyn Bağırovdur. Rollarda Sənubər İsgəndərli, Mehriban Səfərova, Gülnarə Abdullayeva, Nigar Güləhmadova, Mətanət Əhmədova və başqaları çəkilib.

Serialın ssenari müəllifi Yeganə Kərimzadə film ilə bağlı qısa məluumat verib. O, serialın əsas qəhrəmanlarından danışıb: “Yaşadığımız zaman, öz keşməkeşləri, dolambacları, mənəvi və maddi borclarıyla nəinki kişilərin, eyni zamanda qadınların da çiyinlərinə ağır yüklər qoyub. Bizim cənnətdən qovulmuşlar əsərimizin qəhrəmanı olan mərd, məğrur, eyni zamanda zərif qadınlar bütün çətinliklərdən mərd-mərdanə həyatın üzünə gülə-gülə sivişib çıxmağı bacaran beş rəfiqə, beş dul qadındır. Onlar zamanla zəif yeri gələndə zərif, lazım gəlsə cəsur xanıma çevrilirlər. Əsərdə əsl müasir Azərbaycan xanımlarının obrazı yer alıb. Onlar mənliklərini hər şeydən uca tutan, dostluğa sadiq, eyni zamanda bir az qeybətcil, bir az sözbaz olsalar da, mahiyyət etibarı ilə sadəcə qadındırlar...Əsər incə yumorla cilanlansa da həyatın özüdür: - burada gülüş və kədər, eşq və xəyanət var.”

Onu da qeyd edək ki, “Şən dullar” serialının tanıtım video çarxı hazırdır.

Tarix
29 Mart 2015 [16:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin