Ana səhifə
16 Noyabr 2018

"Foqts istefa verməyib" - Rəsmi

Ucnoqta.az xəbər verir ki, hal-hazırda Foqtsun istefa xəbəri rəsmi təsdiqlənmir. “Berti Foqts istefa verməyib. Hazırda fəaliyyətini davam etdirir”. Bunu modern.az saytına Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun istefa verməsinə münasibət bildirərkən AFFA-nın I vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib. 

Onun sözlərinə görə, Foqtsun çıxışının onun istefa verməsi ilə əlaqəsi yoxdur: 

“Baş məşqçi istefa verməsi ilə bağlı müraciət etməyib. Onun getməsi üçün AFFA-nın İcraiyyə Komitəsində müzakirə aparılmalıdır. Hazırda bu barədə söhbət yoxdur. Onun nəyisə etirafına istinad edib danışmaq düzgün deyil”. 

Onun yerinə hazırda namizəd düşünmədiklərini qeyd edən R.Əliyev bu barədə müzakirələrin aparılmadığını da bildirib: 

“Bundan sonra baş məşqçinin kim olacağını fikirləşmirik. Çünki Berti Foqts hələ də fəaliyyətini davam etdirir. O baş məşqçidir, belə etirafı ilə məsələ həll olunmur. Yığma komandanın öz prosedurları var”.

Xatırladaq ki, dünən İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib. Görüşdə Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub. Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür. O, deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib. Bundan əlavə, bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

 

Tarix
17 Oktyabr 2014 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin