Ana səhifə
18 Noyabr 2018

“Qız qalası” baleti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr ediləcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Azərbaycanın görkəmli balerinası, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş tamaşaların nümayişini davam etdirir. Növbəti tamaşa Ə.Bədəlbəylinin “Qız qalası” baleti aprelin 5-də olacaq. Tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcək. Tamaşanın dirijoru  Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Qeyd edək ki, baletin ilk premyerası 16 aprel 1940-cı ildə aprelin 16-da baş tutub və Azərbaycan milli baletinin ilk nümunəsidir.

Tarix
29 Mart 2015 [22:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin