Ana səhifə
26 Sentyabr 2018

Səbaill sakiniləri Bakıdakı rus gəmilərinə baş çəkdilər – FOTOLAR

Ötən gün Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Hərbi Dəniz Donanmasının «Dağıstan» böyük raket gözətçisi və «Qrad Sviyajsk» kiçik raket gözətçi gəmilərinin daxil olduğu hərbi qrupun rəhbər heyəti səfər proqramı çərçivəsində Səbail rayon İcra Hakimiyyətində rayon rəhbərliyi tərəfindən qəbul olunmuşlar. Proqrama uyğun olaraq Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin bir qrupu Bakı buxtasında reyddə duran gəmilərlə tanışlıq üçün Dövlət Bayrağı  Meydanına gəliblər.

Nümayəndə heyətini qarşılayan Bakıya səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının  nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov səbailliləri salamlamış, hərbi gəmilərin Bakıdaya gəlişinin məqsədi və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışmış və RİH-də təşkil olunan  görüşə görə öz minnətdarlığını bildirib.

Səbailli qonaqlar ilk növbədə «Dağıstan» böyük raket gözətçisi gəmisinə gəlmişlər. Burada gəminin kapitanı, II dərəcəli kapitan Vüsal Miriyev qonaqları gəmi ilə tanış edərək onun döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə danışıb. Vüsal Miriyev  «Dağıstan» gəmisinin Bakıya keçən gəlişi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin gəmi ilə birgə tanışlığı barədə məlumat verib.

Daha sonra qonaqlar «Qrad Sviyajsk» kiçik raket gözətçi gəmisində olmuş, gəminin kapitanı III dərəcəli kapitan Aleksey Qordeyev gəmi barədə ətraflı məlumat vermişdir. Rusiyalı hərbiçilər qonaqların, xüsusilə də nümayəndə heyətinin tərkibində gəmiyə gəlmiş Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantlarının çoxsaylı suallarını cavablandırıblar.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev hərbi dənizçiləri RİH adından salamlayıb, Bakının mərkəzi rayonu olan Səbail rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Eldar Ağayev səmimi görüşə və gəmilərlə tanışlığa görə hərbiçilərə öz minnətdarlığını bildirib.

Gəmilərlə yaxından tanış olan qonaqlar gəmi komandası ilə birgə şəkillər çəkdiriblər.

Görüşdər sonra hərbi dənizçilər İçəri şəhərə gəlib, Qız qalası,  Şirvanşahlar Saray Kompleksi və digər tarixi abidələrlə tanış olublar.

 

 

Emin

Tarix
17 Oktyabr 2014 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin