Ana səhifə
24 Sentyabr 2018

3 "NİDA"çı əfv olundu

“Prezidentin bugünkü əfv fərmanı haqqında məhkəmə qərarı olan şəxslərə şamil olunub”.

Ucnoqta.az xəbər evrir ki, bunu hafta.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadənin köməkçisi deyib. Onun sözlərinə görə, bura konkret kimlərin adlarının daxil edilməsindən xəbərsizdir: “Mən indi Çingiz müəllimdən soruşdum. O, bu barədə hələ ki, heç prezidentin saytında məlumat olmadığını dedi. Çingiz müəllim qeyd etdi ki, haqqında konkret məhkəmə qərarı olan şəxslərə şamil edilib”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə həbsdən azad olunanlar arasında bir neçə nidaçının olduğunu deyib: “Bizim müraciət etdiyimiz məhbuslardan 7-8 nəfər var. Amma hələlik siyahı bizim əlimizə gəlib çatmayıb. Mənə verilən məlumata görə, onların arasında nidaçı gənclər də var”.

Hafta.az-a “Nida” üzvlərindən daxil olan məlumata görə isə 3 nidaçı əfv olunub. Amma hələlik onların adları açıqlanmır.

Xatırladaq ki, 17-də ölkə başçısı İlham Əliyev İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq əfv fərmanı imzalayıb.

 

Tarix
17 Oktyabr 2014 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin