"AvtoVAZ" istehsalı tam dayandırıb

15:31 - 10 Mart 2022 - AVTO

Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən avtomobillərin istehsalı üçün lazım olan hissələri və istehlak materiallarını əldə etməkdən məhrum olan Rusiyanın "AvtoVAZ" şirkəti istehsalı tam dayandırıb.

Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazır. Bildirilir ki, bu səbəbdən minlərlə işçi işsiz qalıb.

Qəzet qeyd edir ki, istehsalın dayandırılması onu göstərir ki, Rusiya iqtisadiyyatı Qərbin tətbiq etdiyi sanksiyaların təsirini hiss etməyə başlayıb.

"AvtoVAZ" Fransanın "Renault" avtomobil istehsalçısına məxsusdur. Onun Tolyattidəki zavodu komponentlərin yığılması və təchizatı üçün Rumıniyadakı "Renault" zavodundan asılıdır. WSJ-nin mənbələrinin sözünə görə, "AvtoVAZ" hissələrinin 20%-dən çoxu – birləşdiricilərdən tutmuş əsas elektronikaya qədər – Rusiyaya idxal olunur.///apa

Xəbər xətti