Ana səhifə
16 Noyabr 2018

Qəbələdə heyvandarlığın inkişafına diqqət artıb

Rayonda heyvandarlıq kompleksi formalaşıb

 

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni müəssisələrin yaradılmasına səbəb olub. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da qarşıya böyük məqsədlər qoyulub.  Bu proqramm ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bunu Qəbələ rayonun inkişafında da görmək olar. Üçüncü dövlət proqramının birinci ilində Qəlbələ rayonunda uğurlu nəticələr əldə edilib. 2014-cü ildə Qəbələ rayon sənayesində fəaliyyət göstərən müəssisələr tərəfindən  22828 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 7.5 faiz  çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 60,7 faiz təşkil edib. Rayonun sənayesi əsasən meyvə şirələrinin istehsalı, qida məhsullarının istehsalı, elektrik enerıisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və suyun yığılması və paylanması sahələri ilə təmsil olunub. 2014-cü il ərzində Qəbələ rayonunda 14052 min manatlıq meyvə şirəsi emal edilib. Emal edilmiş meyvə şirələrinin hamısı satılıb. Rayonunda 2014-cü ildə  istehlakçılarına 15186 min manatlıq məhsul istehsal edilib və 7642 min manatlıq sənaye xarakterli xidmətlər göstərilib. 2014-cü il  ərzində sənaye müəssisələrində çalışan 851 nəfərin orta aylıq nominal əmək haqqı  404 manat təşkil edib və bu əvvəlki illə müqayisədə 13 faiz çox deməkdir.

2014-cü il ərzində rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi  131 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 127 min 600 manat təşkil edib. Keçən illə müqayisədə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1800  min manta, yaxud 1.3 faiz artıb. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb.

 Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər tamamlanıb, 2-ci mərhələ üzrə isə tikinti işləri davam etdirilib. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənib, cari təmir işləri görülüb. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilib, təmir-bərpa işləri aparılıb.  Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, daşqın və selə qarşı mübarizə məqsədilə 1115 min kubmetr çay məcrası daş və qumdan təmizlənib, 320 kubmetr qabion bəndi vurulub, 6326  kubmetr daş-beton bənd və kənd təsərrüfatının suvarma kanalları cari təmir edilib. İstifadəçilərdən 15,8 min manat su haqqı yığılaraq tapşırığa 100 faiz əməl edilib.

Qeyd edək ki, Qəbələ rayonunun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda bostan məhsulları, tərəvəz, üzüm və kartof da istehsal edilir. Rayonda keçən ilin payızında 25030 hektar sahədə payızlıq taxıl əkilib. Əkilmiş taxıl sahələrinə payız –qış dövrlərində yüksək keyfiyyətli aqrotexniki qulluq göstərilsədə yaz aylarında baş vermiş əlverişsiz hava şəraitilə əlaqədar olaraq rayonun  3750 hektar taxıl sahəsi (3450 hek buğda, 300 hek arpa) məhv olub. 2014-cü  ildə  40715 ton taxıl, 7497 ton kartof, 9495 ton tərəvəz, 11261 ton meyvə, 3144 ton qarğıdalı, 114 ton günəbaxan,1872 ton bostan  və 1414 ton üzüm istehsal olunub.

Qəbələ rayonu heyvandarlıq sahəsilə də diqqət çəkir. Bu gün heyvandarlıq sahəsinin inkişaf etdirilməsi prioritet sahələrdən biridir. Qeyd edək ki, respublikamızda müxtəlif heyvan cinslərinin olmasına baxmayaraq yerlərdə heyvanların saxlanılması, bəslənilməsi, yetişdirilməsi , mayalandırılması zoobaydar qaydalarına əməl olunmadan kortəbii surətdə aparılır ki, bu da öz növbəsində heyvanların cins tərkibininin itirilməsinə, ət, süd, yun və digər heyvandarlıq məhsullarının azaldılmasına gətirib çıxarır. Ona görə də ölkəmizdə heyvandarlığı inkişaf etdirmək üçün mütləq Dövlət, kəndli- fermer və digər heyvandarlıqla məşqul olan təəsərrüfatların inkişaf etdirilməsini Dövlət səviyyəsində təşkil etmək lazımdır. Çünki insanların maddi rifah halının yaxşılaşdırılmasında  heyvandarlıq məhsullarının əvəz edilməz qida kimi böyük əhəmiyyəti vardır. Odur ki, əhalinin heyvandarlıq məhsullarına olan və günü-gündən artan təlabatının ödənilməsində kəndli-fermer təsərrüfatlarının rolu çox böyükdür. Ona görə də, Qəbələ rayonunda bu istiqamətdə böyük işlər görülür. Regionların  sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində "Gilan Holdinq"in "Aqro Kompleks Qəbələ" heyvandarlıq kompleksi formalaşıb. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilib. Kompleks Almaniyanın məşhur "Delovan", "Qruber", "Vestvalya", "Dea" şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sağım sexi dünyanın ən mütərəqqi "Karusel" tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilib. Yeni texnologiya  hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş "Simmental" cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınıb. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılıb. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilib. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu var. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaq. Əlavə olaraq 20 hektar alma bağı salınıb və burada hər hektarın məhsuldarlığının 30-40 tona çatacağı gözlənilir. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın  lider şirkətlərindən 88 maşın və texnika alınıb. Həmin texnika 4 qarajdan ibarət avtoparkda saxlanılır. Tikintisi davam etdirilən ət emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasınadək bütün proseslər gigiyenik normalar gözlənilməklə həyata keçiriləcək. Prezident İlham Əliyevin  heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaq. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaq. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçmişlər. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada "Jalə" brendi ilə ağartı məhsulları istehsal olunur. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilib. Göründüyü kimi Qəbələ regionda heyandarlıq mərkəzinə çevrilir.

Ötən il 6885 ton diri çəkidə  ət, 37385 ton süd, 10387 min ədəd yumurta, 487 ton yun istehsal olunub. 2013-cü ilə nisbətən ət istehsalı  265 ton və ya 4 faiz, süd istehsalı 2255 ton və ya  6.4 faiz, yumurta istehsalı 37 min ədəd  və ya 0.3 faiz, yun istehsalı 6 ton və ya 2.0 faiz artıb. Rayonun təsərrüfatlarında 2014-cü ildə  48303 baş iri buynuzlu mal-qara, o cümlədən 25138 baş inək və camış, 218617 baş qoyun və keçi 1037 baş donuz mövcud olub. İl ərzində iribuynuzlu mal-qaranın sayı 13.4 faiz, qoyun və keçilərin sayı  0.1 faiz azalmış, donuzların sayi isə 1.6 faiz  artıb. 

(ardı var)

 

 

 

Tarix
29 Mart 2015 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin