Ana səhifə
20 Noyabr 2018

"Hamınızı bağrıma basıram" - Messi

Dünən argentinalı hücumçu Lionel Messinin "Barselona"da rəsmi debütünün 10 ili tamam olub.

 

Ucnoqta.az xarici mətbuata istinadla bildirir ki, bununla bağlı "Facebook" səhifəsində açıqlama verən Messi 10 ildə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Barselona"da möhtəşəm 10 ilim keçdi. Bu illər ərzində mənə dəstək olan ailəmə, komanda yoldaşlarıma və "Barselona" rəhbərliyi başda olmaqla, hamıya təşəkkür edirəm. "Barselona" forması ilə meydanda olduğum hər an mənim üçün mükəmməl keçib. Bundan sonra da komandamla kuboklar qazanmağa çalışacam. Məni təbrik edən hər kəsi bağrıma basıram".

Messi "İnstaqram" hesabından isə "Barselona"da uzun müddət oynamaq istədiyini yazıb.

Qeyd edək ki, Messi "Barselona"da ilk rəsmi matçına 2004-cü ilin 16 oktyabrında, 17 yaşındaykən “Espanyol”la oyunda çıxıb.

 

Tarix
17 Oktyabr 2014 [16:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin