Ana səhifə
26 Sentyabr 2018

Bank və sığorta şirkəti arasında sövdələşmə qadağan ediləcək

Oxan Byramov: “Bu, sığortaçılar arasında rəqabəti artıracaq və qiymətlərin aşağı düşməsinə səbəb olacaq

 

 

Banklar həmişə öz müştərisinin ödəmə qabiliyyətinə şübhə ilə yanaşır. Bu səbəbdən kredit borcunun qaytarılmamasının (kredit riskinin) sığortalanması tələb olunur. Azərbaycan praktikasında bu sığortanın təşkili ilə bank özü məşğul olur, çox halda kredit götürən sənədlərə imza ataraq xəbəri olmadan sığorta haqqını ödəyir. Bu halda sığortalanan tərəf bank olur, kreditin sığortalanması xərcini isə borcalan ödəyir. Nəticədə kreditin dəyəri nəzərəçarpacaq dərəcədə yüksəlir.   

Son məlumatlara görə, Mərkəzi Bank tərəfindən bank və sığorta şirkəti arasında sövdələşməni qadağan edən sənəd hazırlanır. Bu sənəd qüvvəyə mindikdən sonra kredit götürən müştərilər sığortanı yalnız bankın sığorta şirkətindən almaq məcburiyyətində olmayacaq, onlar müstəqil şəkildə inandıqları, daha sərfəli şərtlər təklif edən sığorta şirkəti seçə biləcəklər. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov jurnalistlərə bildirib ki, bank və sığorta şirkəti arasında sövdələşmənin qadağan edilməsi sığorta şirkətləri arasında rəqabəti artıracaq və qiymətlərin aşağı düşməsinə səbəb olacaq: “Biri var “A” bankı ilə yalnız “B” sığorta şirkəti işləyir. Adətən, “A” bankı  və “B” şirkəti bir holdinqə məxsus olurlar.  Bu cür iş prinsipi “B” şirkətinin arxayınçılığına gətirib çıxarır.  İndi “A” Bankı “B” ilə bərabər “C”, “D” və s.. sığort şirkətləri ilə işləməli olacaq. Digər tərəfdən, banklar da sıxıntıdadırlar və buna görə məhsullarını satmaq üçün daha sərfəli şərtlər təklif edən sığorta şirkəti ilə işləməyə üstünlük verəcəklər. Bu gün bəzi banklar sığortasız kreditlər verirlər. Bu rəqbətin artmasından qaynaqlanır, banklar da qiymətləri aşağı salmaq istəyirlər. Banklar yeni qaydalar qüvvəyə mindikdən sonra “B” şirkətinə üstünlük verə bilərlər, lakin istənilən halda, bankın tərəfdaşları arasında “C” və “D” şirkətləri də olduğundan və onlar daha sərfəli şərtlər ilə sığortanı təklif etdiyindən, bankın “qanadı” altında olan “B” şirkəti də qiymətləri aşağı salmaq məcburiyyətində qalacaqdır. Bu da əhalinin xeyrinədir. Keyfiyyət artımı olacaq və qiymətlər aşağı düşəcək”.

 

O.Bayramov əlavə edir ki, insanların azad seçimi olduğundan onlar uzun müddət işlədikləri və etibarlı hesab etdikləri şirkətləri seçə biləcəklər.

 

 

Əfsun

 

 

Tarix
17 Oktyabr 2014 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin