Ana səhifə
21 Sentyabr 2018

Azərbaycan “Eurovision-2015”in səsverməsində 4-cü oldu

“Eurovision-2015” mahnı müsabiqəsi ilə bağlı onlayn səsvermə keçirilir.

 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan onlayn səsvermədə 324 səslə 4-cü yerdədir.

Siyahıda birinci yerdə 477 səslə İtaliya, ikinci yerdə 459 səslə İsveç, üçüncü yerdə isə 353 səslə Estoniya qərarlaşıb.

Onlayn səsvermədə 2 min 987 nəfər iştirak edib.

Qeyd edək ki, nüfuzlu bukmeker kontorları isə “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi 2,50 əmsalla İsveçi görürlər. 

Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.

 

Tarix
28 Mart 2015 [16:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin