Ana səhifə
21 Sentyabr 2018

İlham Mirzəyevin həbsinin əsl səbəbləri

Tanınmış aparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə müttəhimin ustaya pul vermədiyi üçün həbs edildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Vəkil Xanlar Bayramzadə ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, hüquqlarını qoruduğu müttəhim barədə dələduzluq ittihamlar əsassızdır.

“İlham Mirzəyev evində işləyən ustanın pulunu verməməkdə ittiham olunur. Biz də vəsadət qaldırmışıq ki, nə qədər iş görülüb, görülən işin keyfiyyəti və s. barədə ekspertiza keçirilsin. Lakin bizim vəsadət qəbul edilmədi. İlham Mirzəyev tərəfindən həmin ustalara 17 min manat pul verilib. Danışılan puldan 2 min saxlanlıb ki, yarımçıq qalan işlər tamamlansın. Yəni burada dələduzluq niyyəti yoxdur”, - deyə Xanlar Bayramzadə vurğulayıb.

Vəkil hesab edir ki, bu tipli işlərdə dələduzluq faktları yoxdur. Onun sözlərinə görə, görülən işin keyfiyyəti qane etmədiyi üçün İlham Mrzəyev ustanın 2 min manatın verməyib.

“İttihamçı iddia edir ki, 5 min manat qalıb. Bu mübahisə mülki qanunvericilik yolu ilə həll edilməliydi. İttiham cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilməzdi”, - deyə Xanlar Bayramzadə vurğulayıb.

Vəkil həmçinin bildirib ki, hazırda İlham Mirzəyevin səhəhtində problemlər var: “O, Bakı İstintaq Təcridxanasının xəstəxanasında yatır. Belində və başında şiddətli ağrılar var. Bundan əlavə şok vəziyyətindədir. İndi müalicə kursu alır. 

Qeyd edək ki, barədə ittiham aktında bildirilirdi ki, ”İlhaMed” Tibb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlu Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə ona yalan vəd verib pulunu mənimsəmişdir.

İTTİHAM AKTI

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Əliyev İsrayıl İsrayıl oğlu, Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin (CM) 178.2.2. 178.2.3 və 178.2 4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim.

Həmin cinayət işi 10 aprel, 2014-cü il tarixdə tərəfımdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü mıaddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.
”İlhaMed” Tibb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlu Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə ona yalan vəd verib pulunu mənimsəmişdir.

Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhəri, Nərimanov rayunu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən “İlhaMed” Tİbb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlunun Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə tibb mərkəzindəki iş otağında Aynur Əhmədovadan 1600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirməsi,

10 aprel, 2014-cü il tarixdə saat 15:30-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Aynur Əhmədovanın şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncunun növbəti dəfə "İlhaMed" Tibb Mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əskinaslarından ibarət 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında verməsi, bununla da İlham Mirzəyevin Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətdikdən sonra yaxalanması faktına görə toplanmış materiallar olmuşdur.

10 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməklə şübhəli şəxs qismində tutulmuşdur.

12 aprel, 2014-cü il tarixdə tərəfimdən cinayət işi üzrə şübhəli şəxs Mirzəyev İlham Əlikram oğlunun öz qulluq mövqeyindən istifadə etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdən ibarət cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı bu maddələr üzrə davam etdirilmişdir.

12 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun qərarı ilə barəsində 2 (iki) ay müddətində həbs-qətimkan tədbiri seçilmişdir.

02 avqust, 2014-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cü maddələrindən həmin maddələr üzrə davam etdirilmişdir.

04 avqust, 2014-cü il tarixdə tərəfimdən ibtidai istintaq zamanı 12 aprel, 2014-cü il tarixdə təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğluna elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddələri yenidən ittiham elan edilmişdir.

04 iyul, 2014-cü il tarixdə Azərbaycan Respubilkası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni 10 sentyabr, 2014-cü il tarixə kimi uzadılmışdır.

05 iyul, 2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun qərarı ilə təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun həbsdə saxlanılma müddəti 2 (iki) ay olmaqla 10 sentyabr, 2014-cü il tarixədək uzadılmışdır.

Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Mirzəyev İlham Əlikram oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Y.Əliyev küçəsi, 34 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətinin aqlay daşı ilə döşənməsindən ötrü usta kimi müraciət etdiyi Daşdəmirov Rəşad Yaşar oğlunun etibarından sui-istifadə edərək təmir-tikinti işlərində istifadə ediləcək aqlay daşının pulunu görüləcək işin sonunda ödəyəcəyinə dair yalan vəd verib onu aldatmış, Rəşad Daşdəmirov 2012-ci ilin may ayından həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində qeyd olunan ünvanda öz vəsaiti hesabına aldığı aqlay daşı ilə döşənmə işlərini tam olaraq başa çatdırsa da o, istifadə olunan 5000 manat dəyərində aqlay daşının pulunu ödəməyib aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Rəşad Daşdəmirova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

"İlham Əlikram oğlu Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel, 2014-cü il tarixədək olan müddət ərzində "İlhaMed" tibb mərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmişdir…"
Bundan başqa, İlham Mİrzəyev təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoru olduğu "TANRI" Elmi-İstehsalat Firmasının nəzdində Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən "İlhaMed" tibb mərkəzində ona müraciət etmiş Əhmədova Zülfiyyə Namaz qızının etibarından sui-istifadə edərək həmin tibb mərkəzində 16 seanslıq ödənişli müalicə kursu keçdikdən sonra oğlu Əhmədov İdris Fəxrəddin oğlunun problemini tam şəkildə aradan qaldıracağına dair yalan vəd verib.

İlham Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel 2014-cü il tarixədək olan müddət ərzində "İlhaMed" tibb mərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir.

Bundan başqa, İlham Mirzəyev təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoru olduğu "İlhaMed" tibb mərkəzində ona müraciət etmiş Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro pul müqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə "İlhaMed" tibb mərkəzindəki iş otağında Aynur Əhmədovanın həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1730 manat 88 qəpik təşkil edən 1600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirmiş, guya məsələnin müsbət həlli üçün Aynur Əhmədovanın və ailə qurmaq istədiyi şəxsin fotoşəkilərini 3000 avro pulla birlikdə təcili İsrail dövlətinə göndərməli olduğunu bildirərək qalan 1400 avro pulu növbəti gün ona verməsini istəmişdir.

Bundan sonra İlham Mirzəyev tərəfindən aldadılması qənaətinə gələn Aynur Əhmədova 10 aprel, 2014-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bu barədə şikayə ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 10 aprel, 2014-cü il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Aynur Əhmədova növbəti dəfə "İlhaMed" tibb mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əsginaslarından ibarət həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1520 manat 68 qəpik təşkil edən 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında vermiş, bununla da İlham Mirzəyev Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq cinayətini törətdikdən sonra tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən iş otağında saxlanılmış, baxış zamanı seriya və nömrələri qeyd olunmaqla əməliyyat tədbirində istifadə olunan və bir qədər əvvəl Aynur Əhmədova tərəfindən ona təqdim olunmuş 14 ədəd 100-lük avro pul əsginasları İlham Mirzəyevin iş otağındakı şkafın yuxarıdan ikinci siyirməsindən aşkar edilərək götürülmüşdür…"

Tarix
17 Oktyabr 2014 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin